Ağac qaz xəttinin üstünə aşdı - 120 ev qazsız qaldı


Gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə “Azəriqaz” İstehsalat Birliyinin 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən Yeniavaz.com-a verilən məlumata görə, əlaqədar department, şöbə və idarələrə ötürülən qəza məlumatlarının dərhal aradan qaldırlmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb.

Belə qəzalardan biri də Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. 

Belə ki, 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. Diametri 108 mm olan aşağı təzyiqli qaz xətti zədələnib və 120 abonent qazsız qalıb. 

DİGƏR XƏBƏRLƏR

Top