Bakı metrosunda həyəcanlı anlar: tüstülənmə oldu, qatar boşaldıldı - FOTO

Bakı metrosunda həyəcanlı anlar yaşanıb. 
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, hadisə “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında qeydə alınıb. 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatarda tüstülənmə olub:
“Tüstülənmə ilə bağlı sərnişinlər boşaldılıb. Aidiyyati üzrə qatara baxış keçirilib. Heç bir təhlükə olmadığından qatar öz hərəkətinə davam edib. Sərnişinlər qatara dolan tüstü səbəbindən həyəcanlanıb. Bir nəfər qadının halı pisləşib. Lakin təcili tibbi yardım çağırılmasını istəməyib və yoluna davam edib”.

DİGƏR XƏBƏRLƏR

Top