Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə “DOS-84” adlanan yaşayış ərazisində qeydə alınıb.
İki qardaş - Rövşən və Röyal Cəfərovlar naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb, onların atası Məhərrəm Cəfərov isə döyülüb.
Yaralılar 1 saylı Şəhər və 3 saylı Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma gedir.