Tez-tez "şey" kəliməsindən istifadə edirsinizə təhlükəli xəstəlik...


Nevroloqlar "şey" sözündən çox istifadə edənlərdə yaddaş xəstəliyinin başlaya biləcəyini ortaya çıxarıblar.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nevroloqlar skleroz xəstəliyinin bəzi əlamətlərindən danışıblar. Onlar içərisində günlük həyatda işlətdiyimiz bəzi sözlər də yer alıb. Həkimlər bildirib ki, həmin sözlər içərisində "şey" xüsusilə təhlükəlidir. Çünki, insanda unutqanlıq başlayanda nitqində bəzi qüsurlar ortaya çıxır və demək istədiyi sözləri tapa bilmir. Bu səbəbdən "şey" sözündən çox istifadə skleroz xəstəliyinin əlamətlərindən hesab olunur. Mütəxəssilər unutqanlığın artığını müşahidə edən şəxslərin mütləq həkimə müraciət etməli olduqlarını söyləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top