Azərbaycanda sürücünün avtomobildə diri-diri yandığı DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO


Ötən gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli yol qəzasının görüntüləri yayılıb.


"Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşub və aşaraq yanmağa başlayıb.

Bu zaman yaralı halda "Mercedes"in içərisində sıxılmış vəziyyətdə qalan 1 nəfər yanaraq ölüb. Bu, 1988-ci il təvəllüdlü Fuad Şahin oğlu Musazadədir.

"Hyundai-İX35"də olan "Atəşgah" sığortanın əməkdaşı Kamran Füzuli oğlu Atayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Maşının sürücüsü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisənin görüntülərini təqdim edirik:

(BAKU.WS)
 

DİGƏR XƏBƏRLƏR

Top