Azərbaycanlı cərrah rüşvət alarkən həbs edildi – FOTO/VİDEO


Türkiyənin Hakkari Dövlət xəstəxanasında işləyən azərbaycanlı plastik cərrah Elnarə Məmmədova həbs edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, E. Məmmədova 8 xəstədən rüşvət aldığına görə həbs olunub.
E. Məmmədovanın xəstələrdən rüşvət almasını polisə onların yaxınları məlumat verib.
Aparılan təxirəsalınmaz əməliyyatlar nəticəsində E.Məmmədova xəstələrdən birinin yaxınından polis tərəfindən xüsusi nömrələnmiş 1500 türk lirəsi (450 AZN) alarkən cinayət başında həbs edilib.
2007-ci ildən Hakkari Dövlət xəstəxanasında işləyən E. Məmmədova “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddəsi ilə cəzalandırılaraq həbsxanaya göndərilib.
Qeyd edək ki, Türkiyə cinayət məcəlləsində “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddəsi ilə həbs olunanları 5 ildən 10 ilədək həbs cəzası gözləyir.


DİGƏR XƏBƏRLƏR

Top