Aşura günü qan verən 169 nəfərdə VİRUS aşkarlanıb

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.

Nazirlikdən Yeniavaz.com-a bildirilib ki, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5809 nəfər könüllü olaraq qan verib. 

Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.

4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkarlanıb.

HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (hepatit B), 76 nəfərdə HCV (hepatit C), 49 nəfərdə isə sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafig gaydalara uygun olarag zərsizləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top