Təhsil Nazirliyinin əməkdaşları ilk dərs günü tavanı çökən məktəbdə olublar

Goranboy rayonunun Boluslu kənd tam orta məktəbinin bir sinif otağında tavanın çökməsi ilə bağlı Təhsil Nazirliyinin müvafiq əməkdaşları dünən təhsil müəssisəsində olublar.

Təhsil Nazirliyindən Yeniavaz.com-a verilən xəbərə görə, hazırda məktəbin həmin binasında tədris aparılmır və şagirdlər 2004-cü ildə yeni tikilərək istifadəyə verilən 8 otaqdan ibarət məktəb binasında ikinövbəlilik əsasında dərslərini davam etdirirlər. Məktəbin köhnə binasının hazırkı vəziyyətdə istifadəyə yararlı olub-olmaması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

DİGƏR XƏBƏRLƏR

Top