Azərbaycanın milyonçu bank sahibləri - SİYAHI


Azərbaycanın ən böyük bankı Beynəlxalq Bank hesab olunur.
Yeniavaz.com xəbər verir ki, bu ilin ilk yarısına olan son məlumata görə Beynəlxalq Bankın aktivlərinin həcmi 8 milyard 487,7 milyon manata çatıb.
Qeyd edək ki, Beynəlxalq Bank səhmləri dövlətə məxsus olan yeganə bankdır. Hazırda Beynəlxalq Bankın səhmlərinin 91,4 %-i Maliyyə Nazirliyinə məxsusdur. Beynəlxalq Bank eyni zamnada küllü miqdarda dövlət vəsaitinin mənimsənildiyi qurum kimi tarixə düşüb.
2015-ci ilə kimi Beynəlxalq Banka rəhbərlik edən Cahangir Hacıyevin 9 milyard dollardan çox pulu bankın aktivindən çıxararaq Azərbaycan büdcəsinə ziyan vurduğu bildirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətində azadlıqdan məhrum edilən Cahangir Hacıyev bankdan qanunsuz çıxartdığı pulları yaxın şəxsləri və qohumları vasitəsilə xaricdəki bank hesablarına köçürüb.
Ölkənin ikinci və üçüncü ən böyük bankları olan "Paşa Bank"və "Kapital Bank"ın əsas səhmdarları "Paşa Holdiq" hesab olunur. Digər bankların da əsas səhmdarları arasında hüquqi şəxslər üstünlük təşkil edir.
Azərbaycanın ən böyük 10 bankı arasında fiziki şəxsin ən böyük pay sahibi olduğu bank "Premium Bank"dır. Bu bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Zərifə Həmzəyevaya "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.
Aşağıdakı cədvəldə Azərbaycanın ən böyük 10 bankının səhmdarları və aktivləri yer alıb:

Bankın adı

Səhmdarlar və payları
(1 iyun 2019)

Aktivləri
(1 iyul 2019)

Beynəlxalq Bank

Maliyyə Nazirliyi  - 91,4 %
Əmlak Məsələləri Dövlət Komitəsi - 3,76 %
Fiziki şəxslər  - 4,39 %
Hüquqi şəxslər  - 0,32 %
Aqrarkredit QSC   - 0,13 %

8 487 726 000

azn

Paşa Bank

PAŞA Holdinq  - 60 %
ADOR Şirkəti  - 30 %
Arif Paşayev  - 10 %

4 430 357 000
azn

Kapital Bank

PAŞA Holdinq - 99,87 %
190 nəfər fiziki şəxs  - 0,13 %

3 663 211 000
azn

Xalq Bank

"İdeal Business CO." şirkəti  - 50 %
"Euro Standard" şirkəti  - 33,85 %
"Amal İnvest Group"  - 16,15 %

2 135 272 610
azn

Bank Respublika

Natiq Quliyev  - 44 %
"DEG İnvestisiya və İnkişaf Korporasiyası" - 16,6 %
Elçin Quliyev  - 15,1 %
Sevda Quliyeva   - 7,4 %
Mariya Quliyeva - 7,2 %
Şakir Rəhimov  - 5,4 %
"Sparkassen İnternational Development Trust" - 4,2 % Adları açıqlanmayan 3 hüquqi və 9 fiziki şəxs - 0,1 %

1 215 808 000
azn

ASB Bank

"Anadolu Investment Company" -  98,4 %
Leyla Goozal Kurt  - 1 %
"Azərbaycan Sənaye Lizinq" şirkəti  - 0,57 %

916 160 550
azn

AccessBank

Asiya İnkişaf Bankı  -  19,9 %
Avropa İnvestisiya Bankı - 17,4 %
Beynəlxalq Maliyyə Korporasiyası  - 16,56 %
Hollandiya İnkişaf Bankı (FMO)   - 9,1 %
Avstriya İnkişaf Bankı (OeEB)  - 9,17 %
SIFEM AG  - 8,89 %
ResponsAbility Management Company S.A. -  7,1 %
ResponsAbility SICAV (Lux)  - 2,9 %
EFSE  - 2,78 %
Symbiotics SICAV   - 2,27 %
GGF  - 1,77%
LFS Advisory GmbH   - 1,27 %
Qara Dəniz Ticarət və İnkişaf Bankı  - 0,58 %

811 647 000
azn

Unibank

Avropa Yenidənqurma və İnkişaf Bankı  - 44,5 %
Eldar Qəribov   - 41,9 %
"Canley Finance SA"   - 5,1 %
Zemfira Cəfərova    - 2,5 %
"Ribel Finance SA"  -  2,5 %
"Tsagkamilis Georgios"  -  2,2 %
İnna İvaşenko  - 0,8 %
Faiq Hüseynov  - 0,3 %
Emin Quliyev  - 0,2 %

799 494 000
azn

Premium Bank

Zərifə Həmzəyeva   - 84,5 %
"VİP Aviasiya Xidmətləri" şirkəti  - 15,2 %
Elvira Əhmədova  - 0,3%

648 760 000
azn

Rabitəbank

Rauf Əliyev  -  40,6 %
Validə Abbasova  - 30 %
Zakir Nuriyev   - 11,48 %
Dilarə Nuriyeva  - 9,11 %
Seyran Nuriyev  - 7,6 %
Aslan Xasiyev  - 1,07 %
12 Hüquqi şəxs  -  0,14 %

611 404 000
azn

 

DİGƏR XƏBƏRLƏR

Top