Bakıda qəribə qarət - 1250 manatlıq enerji içkisi oğurlanıb


Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

M.Rəsulzadə qəsəbəsində yerləşən mağazadan naməlum şəxslər oğurluq edib.

Belə ki, Nağı Abidinova məxsus mağazadan naməlum şəxslər ümumi dəyəri 1250 manat olan enerji içkisi “Hell” və 1500 manatlıq siqaret oğurlayıblar.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədənləri axtarır.//APA

DİGƏR XƏBƏRLƏR

Top