Atası göldə boğulan 5 yaşlı Yusifi "Niva" vuraraq öldürdü

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin “Dördyol” adlanan ərazisində qeydə alınıb. “Niva” markalı minik avtomobili 5 yaşlı Yusif Vəliyevi vurub. Yaralı təcili olaraq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən uşağın atası ötən il Şamaxıda göldə çimərkən boğulub.

DİGƏR XƏBƏRLƏR

Top