Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəisini vəzifəsindən azad etdi


Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanı vəzifəsindən azad edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki,bu barədə məlumatı  Nikol Paşinyan keçirdiyi mətbuat konfransında açıqlayıb.
Paşinyan qeyd edib ki, bu qərar yaxın 2 gün ərzində Ermənistan prezidenti tərəfindən təsdiqlənəcək. Nikol Paşinyan onu da bildirib ki, Artur Vanetsyanın bundan sonra hansı vəzifəyə təyin olunacağı ilə bağlı bir neçə ssenari müzakirə olunub.
Qeyd edək ki, Artur Vanetsyan 10 may 2018-ci ildən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışır.
Məlumat üçün onu da bildirək ki, Artur VanetsyanErmənistanın eks-prezidenti  Robert Koçaryan və onun yaxın ətrafının həbs olunmasında yaxından iştirak edib.
Xatırlayırsınızsa, ötən il Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısı yayılıb. Telefon danışığı zamanı onlar Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana, Koçaryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib. Paşinyan isə bu təkliflə razılaşıb.
 

DİGƏR XƏBƏRLƏR

Top