
Heydər Əliyev Fondu Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçısı, baş Leytenant Kamil Musavinin əməliyyat xərclərini öz üzərinə götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qarabağ qazisi şəxsi feyzbuk səhifəsində açıqlama verib. Kamil Musavi əməliyyat xərclərini qarşıladığı üçün Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:
"Bizi diqqətdən kənarda qoymadığınız üçün çox sağ olun Mehriban xanım. Sağ olun ki, qayğınızı əsirgəmirsiz. Dostlar, 18.09.2019-cu ildə Bona Dea xəstəxanasında ağır əməliyyat olacağam. Bizi dualarınızdan kənarda qoymayın".
Qeyd edək ki, Qazax güləş məktəbinin yetirməsi, Kamil Musavi 2015-ci ilin oktyabr ayında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirib.
Tətbiqimizi yükləyə bilərsiniz