Mingəçevirdə körpələr evindən oğurluq edilib

Mingəçevirdə körpələr evindən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-nə keçən gecə şəhər ərazisindəki körpələr evi-uşaq bağçalarının birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini İ.Rzayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top