
Bu ilin ilk yeddi ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 35 min 192 nikah və 9 min 793 boşanma halları qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin ilk 7 ayı ərzində Azərbaycanda əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,7 olub. Bu göstərici 1991-ci ildən, yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra qeydə alınan ən yüksək göstəricidir. Ötən ilin müvafiq dövründə bu göstərici 1,5 olub.
Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb. Həmin il əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,5, boşanmaların sayı isə 1,3 olub.
1991-ci ildən sonra qeydə alınan nikah və boşanmaların sayı bu cür olub:
| İllər | Nikahlar | Boşanmalar |
| 1992 | 68 740 | 9 465 |
| 1993 | 60 028 | 6 564 |
| 1994 | 47 147 | 6 256 |
| 1995 | 43 130 | 5 669 |
| 1996 | 38 572 | 5 598 |
| 1997 | 46 999 | 5 806 |
| 1998 | 40 851 | 5 657 |
| 1999 | 37 382 | 5 013 |
| 2000 | 39 611 | 5 478 |
| 2001 | 41 861 | 5 382 |
| 2002 | 41 661 | 5 738 |
| 2003 | 56 091 | 6 671 |
| 2004 | 62 177 | 6 914 |
| 2005 | 71 643 | 8 895 |
| 2006 | 79 443 | 7 817 |
| 2007 | 81 758 | 8 340 |
| 2008 | 79 964 | 7 933 |
| 2009 | 78 072 | 7 784 |
| 2010 | 79 172 | 9 061 |
| 2011 | 88 145 | 10 747 |
| 2012 | 79 065 | 11 087 |
| 2013 | 86 852 | 11 730 |
| 2014 | 84 912 | 12 088 |
| 2015 | 68 773 | 12 764 |
| 2016 | 66 771 | 13 114 |
| 2017 | 62 923 | 14 514 |
| 2018 | 62 484 | 14 857 |
| 2019 ilk 7 ay |
35 192 | 9 793 |
Tətbiqimizi yükləyə bilərsiniz