
Bu gün birincilərin 11 illik məktəb yolunda addımladıqları və yeni dərs ilinin ilk günüdür. Yeni dərs ilinin ilk günündə övladları birinci sinfə gedən məşhurlar da var.
Yeniavaz.com övladları birinci sinfə gedən məşhurları sizə təqdim edir

Müğənni Yaşar Yusubun övladı bu gün birinci sinfə gedir. Sənətçi oğlunun fotosunu sosial şəbəkədə paylaşaraq övladına uğurlar arzulayıb: “Əziz balam, gözəl oğlum səni və bu gün birinci sinfə gedən bütün balaları təbrik edirəm. Yolunuz açıq olsun”.

Müğənni Emil Bədəlov da qızı Səadəti bu gün birinci sinfə yola salıb. Səadəti ilk dərs günündə valideynləri ilə yanaşı babası xalq artisti Firuz Əliyev də tək qoymayıb.

Övladını birinci sinfə yollayan bir digər məşhur isə aparıcı Zaur Baxşəliyev və Günay Baxşəliyevadır. Onlar qızları Dilavərin xoş günü sosial şəbəkədə paylaşaraq, “Yolların hər zaman açıq olsun. İlk dərs ilin, dərs günün mübarək olsun" sözlərini yazıb.

Müğənni ABD Malikin qızı da bu il birinci sinfə gedənlərin siyahısındadır. Sənətçi qızı ilə fotosunu paylaşaraq, “Allah bütün balalarımızı qorusun, fəxrimiz olsunlar”-sözlərini yazıb.

Müğənni Nazim Məmmədov da qızını birinci sinfə aparıb. Sənətçi qızı Fatiməyə 11 illlik bir həyat məktəbində uğurlar arzılayıb: "Ağıllı qızım Fatimə, bu gündən etibarən 11 illlik bir həyat məktəbinə qədəm qoydu. İnanıram və ümid edirəm ki, Fatimə Azərbaycanımız üçün dəyərli insanlardan olacaq".