
Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Xaçmazın Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxmış və Qusar rayonunda itkin düşmüşdü.