Xırdalanda 5 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb


Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 2014-cü il təvəllüdlü Nabat Xədicə Xəyyam qızı yaşadığı mənzilin eyvanından yerə yıxılıb.

Altıncı mərtəbədən düşən uşaq təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müştərək travması və çoxsaylı sınıqlar diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.//Report

DİGƏR XƏBƏRLƏR

Top