Türkiyənin vitse-prezidenti sabah Azərbaycana gəlir


Sentyabrın 16-da Bakıda Azərbaycan və Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası və biznes-forum keçiriləcək. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib. Bununla bağlı sabah Azərbaycana Türkiyənin Vitse-prezidenti Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti gələcək.

Fuad Oktay Türkiyə tərəfdən komissiyanın həmsədridir, Azərbaycan tərəfdən isə Baş Nazir Novruz Məmmədov təyin olunub. İclasda iki ölkə arasındakı iqtisadi əlaqələrin, birgə regional layihələrin hazırki vəziyyətinin müzakirə olunması, gələcək əməkdaşlıq perspektivləri və atılacaq addımlar haqqında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

 

DİGƏR XƏBƏRLƏR

Top