
ABŞ prezidenti Donald Trampın G7 zirvəsində Misir prezidentinə qəribə müraciət forması ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, yeni ortaya çıxan məlumata görə, Tramp Misir prezidenti Sisiyə müraciət edərkən "hanı mənim sevimli diktatorum" deyə çağırıb. Trampın qəribə zarafatı otaqda qısa səssizliyə səbəb olub. Məlumatı ortaya çıxanlar Sisinin həmin sözləri eşidib eşitmədiyi barədə xəbərlərinin olmadığını bildiriblər.