İki nəfər torpaq altında qaldı, biri öldü - QAZAXDA


Qazaxda bədbəxt hadisə baş verib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapapaq kəndində qeydə alınb.

Belə ki, kanalizasiya işləri ilə əlaqədar qazıntı aparılan zaman iki nəfər torpaq uçqununun altında qalıb. Nəticədə onlardan biri dünyasını dəyişib. 1970-ci il təvəllüdlü Niftəli Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilir. Hazırda ölən şəxsin kimliyi araşdırılır.

Faktla əlaqədar araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top