Pula görə anasının öldürdü, iki gün meyiti ilə yaşadı


Türkiyənin İstanbul şəhərində anasını öldürən şəxs saxlanılıb.
Yeniavaz.com yerli mətbuata istinadla xəbər verir ki, cinayətkarın iki gün anasının meyiti ilə eyni evdə qaldığı aşkalanıb. Polis əməkdaşları öldürülən Naciyə Torunoğlunun yaşadığı binanın sakinlərinin pis qoxudan şikayət etməsindən sonra yaşayış məntəqəsinə baxış keçiriblər. Bu zaman N. Torunoğlu mənzilində ölü halda tapılıb. aparılan istintaq nəticəsində məlum olub ki, o başına sərt cisimlə zərbə alaraq dünyasını dəyişib.
Polis əməkdaşları anasını öldürməkdə ittiham olunan Cihan Torunoğlu və onun dostu Ş. Fərdini saxlayıb. Bu zaman məlum olub ki, C. Torunoğlu qız dostlarından biri vasitəsilə anasının adından banka zəng edərək 40 min lirəlik (12 min manat) hesabın parolunu öyrənməyə çalışıb.
Polis əməkdaşlarının evdə apardığı istintaq zamanı məlum olub ki, C. Torunoğlu meyitin qoxusunun ətrafa yayılmaması üçün müxtəlif üsullardan istifadə edib və sonda onu soyuducuya yerləşdirib.
Polis istintaqı tamamladıqdan sonra təqsirləndirilən şəxsin məlumatlarını məhkəməyə təqdim edib. C. Torunoğlu məhkəməyə aparılan zaman "Mən anamı öldürəcək qədər şərəfsiz deyiləm" deyə qışqırıb.

DİGƏR XƏBƏRLƏR

Top