Nazirlik məşhur aparıcının həyat yoldaşından 8 milyon manatlıq narkotik preparatlar alacaq ​- FOTOLAR


Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin narkoz, narkotik və psixitrop dərman preparatlarının alınması ilə bağlı elan etdiyi 7 milyon 970 min 655 manatlıq açıq tenderin nəticəsi məlum olub. Tenderin qalibi "Azərtibbtəchizat" MMC olub.
Yeniavaz.com Vergilər Nazirliyindən açqılanan məlumatlara istinadən bildirir ki, "Azərtibbtəchizat" MMC 2006-cı ilin fevral ayında dövlət qeydiyyatına alınıb.  Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ev 34 ünvanında qeydiyyatda olan bu şirkətin qanuni təmsiçisi İbrahim İdris oğlu Rzabəyovdur.
Qeyd edək ki, İbrahim İdris oğlu Rzabəyov adlı şəxslə eyni ünvada İdris İbrahim oğlu Rzabəyov adlı şəxs də qeydiyyatdadır. Mətbuatda yer alan məlumatlarda isə göstərilir ki, İdris İbrahim oğlu Rzabəyov  adlı şəxs 2002-2011-ci illərdə Yanacaq-Energetika Nazirliyində (indiki Sənaye və Energetika Nazirliyi) Aparat Rəhbəri vəzifəsinin icraçısı, Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, həmçinin Neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib.
13 fevral 1938-ci ildə Bakı şəhərində anadan İdris Rzabəyov neft-qaz sənayesinin elmi-praktik əsaslarına dair 20-dən artıq çap olunmuş məqalənin, 12 ixtira və 50-dən çox səmərələşdirici təklifin müəllifi, Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvü, bir çox ictimai təşkilatın üzvü, eksperti, məsləhətçisidir.
Qeyd olunan məlumatlardan belə görünür ki, "Azərtibbtəchizat" MMC qanuni təmsilçisi İbrahim İdris oğlu Rzabəyov haqqında bəhs etdiyimiz İdris İbrahim oğlu Rzabəyovun oğludur.
Onu da bildirək ki,   İdris Rzabəyovun oğlu olan İbrahim Rzabəyov eyni zamanda tanınmış Televizya aparıcısı Kamilə Babayevanın həyat yoldaşıdır. Bildirilir kİ, Kamilə İbrahim Rzabəyovla 9 iyun 2012-ci ildə ailə həyatı qurub. İbrahim Razabəyov neft şirkətlərinin birində fəaliyyət göstərdiyi, eyni zamanda da Tibb Universitetindən və Bakı Dövlət Universitetinin hüquq fakultəsindən məzun olduğu qeyd olunur. Cütlüyün Natella adlı övladları var.


DİGƏR XƏBƏRLƏR

Top