Şəkidə dərmandan zəhərlənən müəllim öldü


Şəkidə 45 yaşlı müəllim zəhərlənərək ölüb.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, Şəki rayonu, Abbas kənd sakini, 1974-cü il təvəllüdlü Abdulkərimov Habil Əsgər oğlu ötən gün qəbul etdiyi dərmandan zəhərlənərək ölüb. 

O, ötən gün bu barədə qardaşı Adil Abdulkərimova məlumat verərək, onu xəstəxanaya çatdırmasını istəyib. Gecə saatlarında qardaşı tərəfindən zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan H.Abdulkərimov səhər saatlarında xəstəxanada ölüb.

H.Abdulkərimov Şəki rayonu Köndələn kənd orta məktəbində müəllim kimi çalışıb.

Meyitə baxış keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası təyin edilib. 

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top