Elariz evini "İnstagram"dan satışa çıxardı - FOTO


Bir müddət əvvəl “Greencard” vasitəsilə Amerikaya köçən tanınmış müğənni Elariz Məmmədoğlu Bakının Binə qəsəbəsindəki evini satır.
Yeniavaz.com xəbər verir ki, o, üçotaqlı mənzilini "İnstagram" vasitəsilə satışa çıxarıb. Müğənni iki sot ərazidə tikilən evi 25 min manata təklif edib. Ancaq həmin paylaşımın reklam xarakterli olduğunu düşünənlər də var.
Yeniavaz.com sözügedən instaqram paylaşımında qeyd edilmiş nömrələrlə əlaqə saxlayıb. Bildirilib ki, ev həqiqətən də sənətçiyə məxsusdur və təcili satılır.

DİGƏR XƏBƏRLƏR

Top