Türkiyənin Diyarbəkir bölgəsində yük maşının terrorçular tərəfindən partladılması nəticəsində ölənlərin sayı artıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu terror hadisəsində ölənlərin sayının 7-yə çatdığını bildirib.
Qeyd edək ki, dünən axşam saatlarında Diyarbəkir bölgəsində PKK-lı terrorçular yük avtomobilini partladıb.
Avtomobildə olan 7 nəfər vəfat edib, 10 nəfər isə ağır yaralanıb.