"Zibil maşını" qəza törədərək aşıb, iki nəfər yaralanıb


Binəqədi-Balaxanı yolunda qəza baş verib.

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus zibil tullantıları daşıyan "90-AM-058" dövlət qeydiyyat nişanlı yük avtomobili qarşıda gedən "10-ZE-042" dövlət qeydiyyat nişanlı taxta daşıyan trailerə arxadan çırpılıb.

Hadisə nəticəsində zibil daşıyan yük maşını dərəyə aşıb. Hər iki sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.//Report

DİGƏR XƏBƏRLƏR

Top