Nazirdən Fəxrəddin Manafovla bağlı açıqlama


"Xalq artisti Fəxrəddin Manafovu yeni teatr mövsümündə səhnədə görə biləcəyimizə əminəm".

Yeniavaz.com report-a istinadən xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, F.Manafovun tamaşası hələ də repertuardadır: "Onun hansısa şərtlərini yerinə yetirmək üçün teatr hazırdır".

Ə.Qarayev bildirib ki, bu ilin teatr mövsümünün açılışı yeni bərpa olunan Şuşa teatrında baş tutacaq: "Sentyabrın 17-də orada mövsümün açılışını edəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top