Azərbaycan Dəmir Yollarına məxsus avtomobil Rusiya vətəndaşına satılıb? - Rəsmi AÇIQLAMA


""Azərbaycan Dəmir Yolları" QSC məxsus avtomobili Rusiyada fiziki şəxsə satıblar".

Bunu Yeniavaz.com-a Rusiyadan müraciət edən azərbaycanlı şəxs bildirib və bunu əks etdirən fotonu redaksiyamıza göndərib. O sözügedən fotonu Moskva şəhərində avtomobillərin qeydiyyata salındığı qurumda çəkildiyini və avtomobilin Rusiyada fiziki şəxsə satıldığını iddia edib.

Qeyd edək ki, redaksiyamıza göndərilən fotoda sözügedən avtomobilin "Rusiya Daxili İşlər Nazirliyi Dövlət Yol Hərəəti Təhlükəsizliyi İdarəsi Rayonlararası Şöbəsi" yazılı lövhənin yanında, evakuatorda dayandığı müşahidə olunur. Avtomobilin üzərində isə Azərbaycan Bayrağı və "Azərbaycan Dəmir Yolları" QSC-nin emblemi ilə Rusiyaya məxsus dövlət qeydiyyat nişanı açıqca görünür. Fotodakı avtomobilin üzərindəki bir digər emblem isə "TVEMA" şirkətinə məxsusdur ki, bu şirkət dəmiryollarında diaqnostika işlərini həyata keçirir. Dünyada 30 ölkə ilə əməkdaşlıq edən şirkətin əməkdaşlarından biri də Azərbaycandır.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nə müraciət etdik. Qurumun mətbuat katibi Natəvan Bayramova Yeniavaz.com-a açıqlamasında bildirdi ki, ADY QSC-nin tərkibində, Rusiyada həmin ölkənin dövlət qeydiyyat nişanı ilə fəaliyyət göstərən avtomobil yoxdur: "Bu avtomobil hər hansı bir həvəskara aid ola bilər, hansı ki bu şəxs qurumun emblemini və Azərbaycan bayrağını avtomobilin üzərinə özü yapışdırmış olsun. Və ya avtomobilin sahibi bu addımı təxribatçılıq məqsədi ilə də atmış ola bilər. Ancaq ola bilsin ki, bu fotomontaj da olsun. Avtomobilin qurum tərəfindən satılmasından isə söhbət gedə bilməz".

Şahmərdan Əhmədli
 

DİGƏR XƏBƏRLƏR

Top