Heydər Əliyev Fondu Mingəçevirdə orta məktəb tikir - FOTO


Son illər ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də məktəb tikintisi diqqət mərkəzindədir. Hazırda şəhərdə bir məktəb (16 saylı tam orta məkəb) əsaslı  təmir olunur, bir məktəb isə (13 saylı tam orta məkəb) Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən tikilir.
S.Vurğun adına 16 saylı məktəb şəhərin böyük uğurları ilə seçilən məktəblərindən biridir. Bu ildə məktəbin məzunları ali məktəblərə qəbulda yüksək nəticə göstəriblər. 1176 şagird yerlik məkəb binasının yenidən qurulması uğurları daha da artıracaq. Hal-hazırda təmir işləri davam etdirilir, bu ilin sonuna məktəb hazır vəziyyətdə şagird və müəllimlərin ixtiyarına verilməsi planlaşdırılır. Məktəbin direktoru Sevinc Həsənova Yeniavaz.com saytına məlumat verərək bildirib ki, məktəb 1986-cı ildə istifadəyə verilib.

Qeyd edək ki, respublika üzrə keçirilən direktorların işə qəbulu müsabiqəsində Sevinc Həsənova Mingəçevirə ilk təyin olunan məktəb direktorudur: "Mən bu məktəbə yeni direktor təyin olunmuşam. Gəldiyim ilk gündən məqsədim  məktəbdə müəllim-şagird-valideyin əlaqələrinin səmərəli qurulması, təhsildə keyfiyyəti artırmaq və məktəbdə müəllim peşəkarlığının rolunu artırmaq olub. Onu da deyim ki, məktəb təmirsiz bərbad vəziyyətdə idi. Məktəbin Təhsil Nazirliyinin xətti ilə əsaslı təmiri bizim də ürəyimizdən xəbər verdi. Bu daha çox valideyinlərin arzusu idi. Atıq onların övladları yeni təmirli, müasir avadanlıqlarla və istilik sistemi ilə təhciz edilmiş bir məktəbdə təhsil alacaqlar. Biz də kollektivlə birlikdə söz veriri ki, istər təhsil sahəsində, istərsə də təlim, tərbiyə sahəsində bütün naliyyətləri yüksəldərək uğurlara imza ataçağıq".
Qeyd edək ki, Mingəçevir 13 saylı tam orta məktəb üçün isə yeni bina tikilir. Məktəb 1974-cü ildə istifadəyə verilmişdi. 624 yerlik məktəb Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə tikilir. Hazırda məktəbin tikintisi davam edir. Məktəb 2020 ci ilin ilk tədris ilində istifadəyə veriləcək.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top