İmamoğlu qırılan stul haqqında danışdı: "Əvvəldən bilinirdi..."


İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğu prezident Rəcəp Tayyip Ərdoğanla görüşdə oturduğu stulun nə üçün sınması barədə jurnalistlərin suallarını cavablandırıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əkrəm İmamoğlu stulun birdən birə qırıldığını söyləyib: "Oturduğum yerdə stul qırıldı. Prezident israf etdin dedi. Mən də cavab verdim ki, bu israf deyil stul qırıqdır. Dedim ki, eybi yox, ikinci stula daha sağlam oturarıq". İmamoğlu stulun nə üçün qırıldığı sualını da cavablandırıb: "Stulun nə üçün qırıldığını qoy prezident özü araşdırsın. Ya stulu hazırlayan firmada ya da təmiri ilə məşğul olan ustada problem var. Oturduğumuz yerlər əvvəldən bilinirdi. Hamısı əlifba sırası ilə düzülmüşdü".

DİGƏR XƏBƏRLƏR

Top