Azərbaycanda əhali xərclərinin yarıdan çoxunu yeyib-içməyə sərf edib - RƏSMİ


Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9% üstələyərək 24,2 milyard manata bərabər olub.
Yeniavaz.com açıqlanan rəsmi statistilaya istinadən bildirir ki, ticarət dövriyyəsinin 12,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2018-ci ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6% və 3,2% artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 154,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

DİGƏR XƏBƏRLƏR

Top