1 yaşlı uşaq hərəkətdə olan avtomobildən düşdü – Valideynləri uzun müddət hiss etmədi - VİDEO


Hindistanda 1 yaşlı qız hərəkətdə olan nəqliyyatdan yolun ortasına düşüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Hindistanın Munnar bölgəsində baş verən hadisə hər kəsi şoka salıb. Belə ki, azyaşlı uşaq hərəkət halında olan avtomobildən yolun ortasına düşüb. Kameralar tərəfindən lentə alınan hadisədə 1 yaşlı qızın magistral yolda tək iməklədiyi görülüb.
Məlumata görə, övladlarının avtomobildə olmadığını uzun müddətdən sonra bilən valideynlər polisə müraciət edib. Axtarış nəticəsində polis uşağı taparaq ailəsinə təhvil verib. Hadisə nəticəsində uşağın kiçik xəsarətlər aldığı, vəziyyətinin yaxşı olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top