Davudoğlunun AKP-dən xaric edilmə səbəbi açıqlandı - SƏNƏD


Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun işlətdiyi bəzi ifadələr partiyadan xaric edilməsinə səbəb kimi göstərilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf partiyasından (AKP) göndərilən sənəddə Davudoğlunun partiyadan ixrac edildiyi bildirib. Keçmiş baş nazirin ixracına səbəb kimi isə işlətdiyi bu ifadələr göstərilib: "Dövlətin bəzi qruplara təslim edənlər qarşısında 3 il susduq. Heç kəs bu ümməti tək əlinə ala bilməz. Əgər ümmət deyəndə villalarda oturub Türkiyəni dizayn edənlər başa düşülürsə biz onlardan deyilik".
Qeyd edək ki, Əhməd Davudoğlunun yeni partiya quracağı iddiaları ortaya çıxandan bir müddət sonra keçmiş baş nazirin AKP-dən xaric edilməsi üçün tədbirlərə başlanmışdı.


DİGƏR XƏBƏRLƏR

Top