İmamoğludan Ərdoğanın dəvətinə CAVAB


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlunu prezident iqamətgahına dəvət edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əkrəm İmamoğlu jurnalistlərə açıqlamasında Ərdoğanın dəvətini qəbul etdiyini bildirib. 30 bələdiyyə başçısının iştirak edəcəyi iclasda ölkədəki bəzi problemlərin danışılacağı təxmin edilir. İmamoğlu dəvətə qatılacağını bildirərək belə deyib: "Şəhərin bəzi problemlərini prezidentlə müzakirə etmək imkanımız olacaq. Biz dövlətin hər pilləsindəki şəxslərlə dialoq qurmaq istəyərik. İşbirliyinə ölkəmizin hər pilləsindəki şəxslərin ehtiyacı var. Bizim bu kimi münasibətlərdən heç zaman qaçmadıq. Dəvət etdiyi üçün təşəkkür edirəm".

DİGƏR XƏBƏRLƏR

Top