Mingəçevirdə 19 yaşlı gənc bıçaqlandı


Mingəçevirdə bir neçə nəfər arasında düşən dava bıçaqlanma ilə sona çatıb.

Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevirdə, Heydər Əliyev prospektində baş verib. Tərəflər arasında düşən mübahisə sonda 19 yaşlı Adil Məmmədovun bıçaqlanması ilə nəticələnib. Ona bədəninin müxtəlif nayihələrindən bədən xəsarətləri yetirilib. Gənc dərhal xəstəxanaya yerləşdirlib. Zərərçəkənə tibb yardım göstərilib, vəziyyəti kafi qiymətləndirlir. 19 yaşlı şəhər sakinin tələbə olduğu bildirilir.Mingəçevir Mərkəzi Xəstaxanasının həkimi Telman Osmanov yaralının vəziyyəti ilə bağlı məlumat verib. Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top