
Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 587 manat 70 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövrlə müqayisədə 2 manat 50 qəpik artıb. Belə ki, bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 585 manat 20 qəpik olub.
Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.