Kanadada hicablı müəllimlər işdən çıxarılır - SƏBƏB


Kanadanın Kuibek əyalətində ötən ay qəbul edilən qanun layihəsinə əsasən dövlət tabeçiliyində olan idarə və qurumlarda dini simvollardan istifadə etmək qadağan edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, qanuna əsasən Montreal şəhərində iki müsəlman müəllimə hicablarını çıxarmadıqları üçün işdən çıxarılıblar. Montreal müəllimlər ittifaqının rəhbəri Katerina Pierre mətbuata verdiyi açıqlamada həmin müəllimlərə işlədikləri məktəb rəhbərliyi tərəfindən "ya başınızı açın, ya da işə gəlməyin" deyə təlimat verildiyini bildirib. Bunu qəbul etməyən müəllimlərin isə işlərinə son verilib.
K. Pierre həmçinin sözügedən müəllimlərin bu kimi qanunlardan təsirlənməyən özəl məktəblərdə işləyə biləcəklərini deyib.
Qeyd edək ki, "Bill-21" saylı dini simvollardan istifadəni qadağan edən qanun, Kuibek əyalət məclisində ötən ay 35 səsə qarşılıq 73 müsbət səs çoxluğu ilə qəbul edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top