
İngiltərə polisinin axtarışa verdiyi narkotik alverçisi sosial şəbəkədə məsxərəyə qoyuldu.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin "Newport" bölgəsində yerləşən Qven Polis Mərkəzi, sosial şəbəkədə narkotik alverçisinin fotosunu paylaşaraq görənlərin dərhal polisə müraciət etməsini bildirib. Lakin elandakı şüphəli şəxsin özündən çox qeyri-adi saç modeli istifadəçilərin marağına səbəb olub. Paylaşılan foto qısa zaman ərzində, minlərlə şərh və 90 mindən çox bəyənmə qazanb. Polis fotonun izləyicilər tərəfindən məsxərəyə qoyulmasından sonra fotonu dərhal silib.