8097 musiqiçi himn səsləndirdi, rekordlar kitabına düşdülər - VİDEO


Ginnesin Rekordlar Kitabının nümayənədələri musiqi sahəsində yeni rekord qeydə alıblar.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada yeni dünya rekordu qırılıb. Belə ki, Rusiyanın 85 bölgəsindən gələn 8097 musiqiçi ölkənin himnini səsləndiriblər. Sankt-Peterburq "Qazprom" arenasında baş tutan yeni rekord sınağını həmçinin 20 minə yaxın adam izləyib.
Qeyd edək ki, indiyə qədər bu sahədə rekord Avstraliyada idi. Ginnesin Rekordlar kitabına düşən həmin orkestr 7224 nəfərdən ibarət idi.

DİGƏR XƏBƏRLƏR

Top