Film səhnələrini xatırladan bank soyğunu - VİDEO


Braziliyada bir qrup şəxs tərəfindən Bank qarət edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyada film səhnələrini xatırladan soyğun baş verib. Banka daxil olan cinayətkarlar işçiləri yerə yatırdaraq girov götürüb. Bu vaxt digər soyğunçular kassalardakı pulları çantalara doldurub. Bankı girovlarla birgə tərk edən soyğunçular yük maşını ilə hadisə yerini tərk edib. Qısa vaxt sonra həmin yük maşını yaxın ərazidə yanmış halda tapılıb. Soyğunçular haqqında isə hələlik heç bir xəbər yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top