İranın sabiq nazirinin qızı həbs edildi - SƏBƏB


İranda hüquq-mühafizə orqanları keçmiş sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin qızı Şəbnəm Nemətzadəni dərman bazarının bir hissəsini mənimsədiyinə və qeyri-qanuni kanallar vasitəsi ilə mal topladığına görə həbs edib.
Yeniavaz.com
İran mətbuatına istinadla xəbər verir ki, Ş. Nemətzadə digər şübhəli şəxs Əhməd Rza Laşkaripur ilə birlikdə sentyabrın 15-də məhkəmə hüzuruna çıxarılacaq. Hakim Əsədullah Məsudi Maqamın sözlərinə görə onlar yerli dərman bazarının və qida, içki qanunlarının pozulması; həmçinin qanunsuz kanallarla 42 milyon dollardan çox pulun yığılması ilə ittiham olunurlar.
Daha öncələr Hökümət İstiqlal Cəzaları Təşkilatı da Ş. Nemətzadəyə qarşı 1.5 milyon dollar dəyərində dərman qaçaqmalçılığına qarşı iddia qaldırdığını elan etmişdi.
Onun atası M. R. Nemətzadə isə 2013-2017-ci illərdə Prezident Həsən Ruhaninin administrasiyasında nazir olub.
Qeyd edək ki, bu il İranın iqtisadiyyatı daha da pisləşdiyindən hakimiyyət nüfuzlu şəxsləri korrupsiyaya görə mühakimə etməkdən çəkinmir.

DİGƏR XƏBƏRLƏR

Top