Gürcüstan parlamenti yeni hökuməti təsdiq edib - Nazirlərin SİYAHISI


Gürcüstan parlamenti keçmiş daxili işlər naziri Giorgi Qaxarianın başçılıq edəcəyi yeni hökumətə etimad göstərib.
Səsvermədə 98 deputat yeni hökumətin lehinə səs verib.
Yeni Nazirlər Kabinetində daxili işlər və müdafiə nazirləri dəyişib.
Gürcüstanın yeni hökumətinin tərkibi:
Baş nazir Giorgi Qaxaria
Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitşavili
İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava
Müdafiə naziri İrakli Qaribaşvili
Ədliyyə naziri Tea Tsulukiani
Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterina Tikaradze
Regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili
Xarici işlər naziri Davit Zalkaliani
Daxili işlər naziri Vaxtanq Qomelauri
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili
Qeyd edək ki, parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar yeni hökumətin tərkibinə etiraz olaraq iclasda iştirak etməyiblər. (report)

DİGƏR XƏBƏRLƏR

Top