Beynəlxalq Bankın mühafizəçisi tərəfindən başı kəsilən qadın əməkdaşın kimliyi AÇIQLANDI


Göygöldə törədilmiş qətllə bağlı bəzi təfərrüatlar məlum olub
Qətllə yetirilən Günay Cəlili Beynəlxalq Bankın Gəncə fililanda aparıcı mütəxəssis vəzifəsində çalışıb.
Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və ovladları (bir oğlu və qızı -red) ilə birlikdə Üçtəpə kəndindəki ər evində (yarıtikili -red) yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir. Kənd sakinlərinin bildirdiyinə görə, Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Məmmədov qadının çalışdığı bankda mühafizəçi işləyib. O, hadisəni törətdikdən sonra qaçıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən O.Məmmədovun axtarışları davam etdirilir.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (report)

DİGƏR XƏBƏRLƏR

Top