Kral öz oğlunu yeni energetika naziri təyin edib


Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz əl-Səud ölkənin yeni energetika nazirini təyin edib.

Kralın fərmanı ilə quruma rəhbərlik edən Xalid bin Abdel Əziz əl-Faleh vəzifəsindən uzaqlaşdırılıb.

Onu monarxın oğlu, şahzadə Abdel Əziz bin Salman əvəz edib. O, 2005-ci ildən 2017-ci ilə qədər neft nazirinin köməkçisi statusunda idi.

Avqustun 30-da Səudiyyə Ərəbistanında yeni Sənaye və Mineral Ehtiyatlar Nazirliyi yaradılıb. Əvvəllər bu sahələr əl-Falehin rəhbərliyi altında Enerji, Sənaye və Resurslar Nazirliyi tərəfindən idarə olunurdu. Kral sarayının qərarı ilə Bəndər əl-Hureyef bu qurumun rəhbəri təyin edilib.//APA

DİGƏR XƏBƏRLƏR

Top