
ABŞ prezidenti Donald Tramp siyasi məhbusları dəyişdirən Rusiya və Ukraynanı təbrik etdi.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə D. Tramp sosial şəbəkədə yazıb: "Rusiya və Ukrayna bir müddət əvvəl xeyli sayda əsiri dəyişdirdi. Bu çox yaxşı bir xəbər və bəlkə də barışığa doğru atılmış iri addımdır. Hər iki ölkəyə təbriklər".
Qeyd edək ki, ötən ilin noyabrında Kerç boğazında iki ölkə arasında yaranmış xaosdan sonra Rusiya tərəfindən saxlanılmış 24 ukraynalı dənizçi və fərqli vaxtlarda tutulmuş 11 siyasi məhbus bu gün Ukraynaya geri qaytarılıb.
Ukraynan da azad etdiyi 35 Rusiya vətəndaşı bu gün ölkələrinə qayıdıblar.
Tətbiqimizi yükləyə bilərsiniz