Ödənişə etiraz edən müştəri restorana silahla hücum etdi - VİDEO


Türkiyədə restoran sahibi ilə müştəri arasında silahlı insident baş verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 gənc restorana gələrək yemək yeyib. Daha sonra hesabı istəyən müştərilər məbləğin çox olduğunu görərək öz etirazlarını bildiriblər. Bunu görən restoran işçiləri müştəriləri döyüb. Bir neçə dəqiqəliyinə hadisə yerindən uzaqlaşan gənclər restorana silahla yaxınlaşaraq güllə atmağa başlayıblar. Mühafizəçilərin də qarşılıq verməsi ilə ortalıq qarışıb. Hadisə, təhlükəsizlik kameralarına yansıyıb.

DİGƏR XƏBƏRLƏR

Top