Boşanmaq istəyən yoldaşından qisas almaq üçün 4 övladını asdı


Cənubi Afrika Respublikasında (CAR) bir adam, boşanmaq istəyən həyat yoldaşından qisas almaq üçün 4 övladını asaraq öldürüb.
Yeniavaz.com xarici KİV-ə istinadlam xəbər verir ki, hadisə ölkənin Pintaun şəhərində baş verib. Övladlarının məktəbdən ataları tərəfindən aparıldığını öyrənən Xoli Mpungose adlı qadın vəziyyətdən şübhələnərək polisə müraciət edib. Polislə birgə evə gələn qadın, yaşları 4 və 10 arasında dəyişən 3 uşağın  ayrı-ayrı otaqlardan asıldığını görüb. Qadının əvvəlki ərindən dünyaya gətirdiyi 16 yaşlı qızın cansız bədəni isə evin yaxınlığındakı ağacdan asılı vəziyyətdə tapılıb.
CAR polisi bir gündən sonra uşaqlarını amansızca öldürən Sibusiso Mpungoseni tapıb və həbs edib.
X. Mpungose isə yoldaşından boşanma qərarı aldığı üçün onun belə addım atdığını iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top