İŞİD-in ölüm hökmlərini verən hakimi İstanbulda tutuldu


Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı, Suriyanın Raqqa şəhərində təşkilat adından ölüm hökmlərini verən şəxs saxlanılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sözügedən şəxs haqqında İstanbulun Terrorla Mübarizə Təşkilatına məlumat daxil olub. Məlumatda M. E. B.-in qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğu və İstanbula gəldiyi qeyd olunub.
Buna əsasən əməliyyat keçirən istanbul polisinin Terrorla Mübarizə Təşkilatı həmin şəxsi tutub. Bu zaman onun üzərindən terror təşkilatına aid sənədlər çıxıb. Məlum olub ki, M. E. B. İŞİD-in Suriyadakı bir çox əməliyyatlarında iştirak edib və ölüm hökmləri çıxarıb.
Bütün bunlar nəzərə alınaraq məhkəməyə çıxarılan terrorçu həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top