​Neftçalada dəhşətli qəzada ölənlərin və yaralıların adları bilindi - YENİLƏNİB

Neftçala-Xolqaraqaşlı avtomobil yolunda baş verən qəzada ölən və yaralıların adları bəlli olub. 

1983-cü il təvəllüdlü Həşimov Habil Əbülfəz oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Xankişiyev Xanlar Ayaz oğlunun idarə etdiyi "Lexsus" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Lexsus"un sürücüsü, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Səmədova Mərviyyə Qurban qızı, Neftçala sakini, 2017-ciil təvəllüdlü Ələkbərova Humay Elçin qızı ölüb.

Neftçala sakinləri, 1991-ci il təvəllüdlü Ələkbərova Günay Əbülfəz qızı, Ələkbərov Elçin və  "Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

***15:34
Neftçala rayonunda yol qəzası baş verib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb. 

Belə ki, “Mersedes” və “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top